Oslo Opera Evi

Oslo Opera Evi
Binanın gecə görünüşü
Binanın gecə görünüşü
Xəritə
59°54′25″ şm. e. 10°45′13″ ş. u.
Ölkə Norveç Norveç
Şəhər Oslo
Tikilmə tarixi 2003-2007
Memarlıq quruluşu Postmodern memarlığı
Oslo Opera Evi (Norveç)
Oslo Opera Evi
Oslo Opera Evi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Oslo Opera Evi (nor. Operahuset) - Norveçin paytaxtı Oslo şəhərində yerləşən, Norveç Opera və Balet mərkəzi olan və milli opera teatrı olan bina. Bina Oslonun mərkəzi ilə qonşu olan Byorvikada, Oslofyordun başında yerləşir. Bina Norveçin hökumət əmlakları üzrə agentliyi olan Statsbiq tərəfindən idarə olunur. Opera Evində ümumi sahəsi 38.500 olan 1100 otaq yerləşir. Əsas mərtəbəsi 16 metr genişliyində, 40 metr hündürlüyündədir. Binanın bucaqlı fasadı İtalyan mərməri və ağ qranitlə örtülmüşdür və bu ona sanki yağışdan çıxmış görkəm verir. Bu bina tamamlanana qədər Norveçin ən böyük tikilisi təqribən 1300-cü ildə tikilmiş Nidar kafedralı sayılırdı.


From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy